Kabusa çevrilən yolda ağır qəzaların səbəbi nədir? - DYP-dən AÇIQLAMA - VİDEO

Suraxanı rayonu ərazisində - Hövsan-Quşçuluq yolunda tez-tez yol-nəqliyyat hadisələrinin baş verməsi yerli sakinlərin ciddi narahatlığına səbəb olub.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.az-a şikayət daxil olub.
Qeyd olunub ki, yolda təhlükəsizlik kameralarının və müvafiq yol nişanlarının olmaması səbəbindən sürücülər sürət həddini aşır, bir çox hallarda bir-birlərinə yol vermirlər. Nəticədə ağır qəzalar baş verir. "Yaxınlıqda məktəb var, amma bunu da nəzərə alan yoxdur. Bu küçədə dəfələrlə ağır hadisələr baş verib. Ərazidə təhlükəsizlik kamerası və ya tramplinlər qoyulsa, bu problem aradan qalxar" - deyə, müraciətdə bildirilib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) qeyd edilib ki, həmin ərazidə zəruri tədbirlər görüləcək:
"Orada hərəkətin təhlükəsizliyinin təmin olunması və baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə aidiyyəti dövlət qurumları ilə birgə monitorinq və təhlillər aparılır. Aparılan qiymətləndirmələrin nəticəsinə uyğun olaraq zəruri tədbirlərin görülməsi nəzərdə tutulur".
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO












