"Kaçinskinin təyyarəsinin qəzaya uğramasına qəsdən şərait yaradılıb"

Polşa Baş Prokurorluğu 2010-cu il aprelin 10-da Smolenskdə prezident Lex Kaçinski və onu müşayiət edən şəxslərin təyyarəsinin qəzaya uğramasında rusiyalı aviadispetçerləri və adı açıqlanmayan üçüncü şəxsi ittiham edib. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, Polşa hüquq-mühafizə orqanları hesab edir ki, dispeçerlər, eləcə də həmin vaxt nəzarət qülləsində olmuş naməlum "üçüncü şəxs" Polşa hökumət təyyarəsinin qəzaya uğramasına qəsdən şərait yaradıblar. "Məlumatların analizi - istər daha əvvəl, istərsə də bu yaxınlarda istintaqın gedişi zamanı əldə olunanlar - prokurorlara əsas verir ki, Rusiya vətəndaşı olan aviadispetçerlərə, eləcə də nəzarət qülləsində olmuş üçüncü şəxsə qarşı yeni ittihamlar irəli sürsünlər. Onların bilərək yol vediyi hərəkətlər təyyarənin məhvinə və çoxlu sayda insanın ölümünə səbəb olub", - deyə Polşa baş prokurorunun müavini Marek Pasyonek Varşavada keçirdiyi mətbuat konfransında bildirib. O, dispeçerlərin polşalı müstəntiqlər tərəfindən dindirilməsi üçün Rusiya tərəfinə müraciət etdiklərini söyləyib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə Polşa tərəfinin ittihamları ilə razılaşmadıqlarını bəyan edib: "Bu işlə bizim istintaq orqanları məşğul olur. Sözsüz ki, bu faciənin təfərrüatları kifayət qədər ciddi şəkildə öyrənilib, təhqiq olunub. Bu cür nəticə ilə razılaşmaq mümkün deyil. İş davam edəcək". Xatırladaq ki, Polşa prezidenti Lex Kaçinski, onun həyat yoldaşı Mariya Kaçinskaya və yüksək vəzifəli şəxsləri daşıyan təyyarə 2010-cu il aprelin 10-da Rusiyanın Smolensk hava limanına enərkən qəzaya uğrayıb. Qəza nəticəsində 88 sərnişin və 8 ekipaj üzvü ölüb. Onlar Katın faciəsinin 70-ci ildönümü tədbirlərində iştirak etmək məqsədilə Smolenskə gedirdi.
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT










