Kafe-restoranların həftəsonları işləməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Gündəm 28 Yanvar 2021 11:43 Oxunub 1402
Kafe-restoranların həftəsonları işləməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

"Fevralın 1-dən sonra şənbə və bazar günləri də ictimai iaşə müəssisələri yerində xidmət göstərə biləcək".

Bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib. 

O bildirib ki, həftəsonları ictimai nəqliyyatın fəaliyyəti ilə bağlı isə əlavə məlumat veriləcək.

Qeyd edək ki, Nazirlər Kabinetinin 16 yanvar 2021-ci tarixli qərarına əsasən, 2021-ci il 1 fevral saat 00:00-dan etibarən ölkə ərazisində ictimai iaşə obyektləri, eləcə də restoran, kafe və çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmətlər bərpa olunur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh