Kafelərdə karantinə görə 10 min manatdan çox cərimə - FOTO - VİDEO

Paytaxtın Nizami rayonunda yerləşən “VN” çay evində müştəri kimi əyləşən dörd nəfərin qəlyandan istifadə etdiyi müəyyən edilib.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Bakıda karantin qaydalarına əməl etməyən çay evlərində polislər tərəfindən reydlər keçirilib.
Qaydaları pozan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və hər biri 200 manat miqdarında cərimə olunub. Obyekti işlədən Qoşqar Hüseynov isə polis əməkdaşlarının dəfələrlə etdikləri xəbərdarlıqlara baxmayaraq, onunla aparılan profilaktik söhbətlərdən nəticə çıxarmadığı üçün 4 000 manat məbləğində cərimələnib.
Həyata keçirilən daha bir tədbir zamanı Xətai rayonunda yerləşən “Legenda” çay evində karantin qaydalarının pozulduğu müəyyən olunub. Tədbir zamanı sanitar-karantin normalarını pozan 10 nəfər 200 manat, obyektin sahibi Fuad Axundov isə 4 000 manat miqdarında cərimə edilib.
Analoji tədbirlər Xətai rayonunda yerləşən “Samavar” və “Kristal” çay evlərində də həyata keçirilib. Qeyd edilən məkanlara baxış zamanı müştərilərə qəlyan təklif edildiyi müəyyən edilib. Həmin obyektlərin icarədarları Nicat Həşimov və Asif Şahnəzərov, eləcə də karantin qaydalarını pozan müştərilər müvafiq qaydada cərimə olunublar.
Qeyd edək ki, istifadəsinə icazə verilən kafe, restoran və çay evlərində bundan sonra da sanitar-karantin qaydalarının tələblərinə əməl olunmasına nəzarət məqsədi ilə polis əməkdaşları tərəfindən mütəmadi olaraq profilaktik tədbirlər davam etdiriləcək.
Bakı şəhərinin müxtəlif rayonlarında karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması, habelə istifadəsi ictimai-iaşə obyektlərində qəti qadağan edilən qəlyan tütün məhsulunu müştərilərə təklif edən məkanların aşkar edilməsi istiqamətində Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir.
Elektrikmobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQ
Prezident Novruz bayramı münasibətilə paylaşım etdi - FOTO
Dizellə bağlı rəsmi məlumat
Azərbaycana yaz fəsli daxil olub
İnsanların sıx toplaşdığı ərazilərdə nəzarət daha da artırılıb - DİN - FOTO - VİDEO
Bakıda piyadalar üçün çıxılmaz vəziyyət: Zolaq yarıda kəsilir - VİDEO
Baharın müjdəçisi və türk dünyasının birlik bayramı - NOVRUZ
Maşına quraşdırılan əlavə avadanlıqlar mühərrikə necə təsir edir? - ARAŞDIRMA
MSK sədri və Milli Məclisin spikerinin aylıq vəzifə maaşı artırılıb
Bakıya giriş bağlandı - Uzun tıxac yarandı - VİDEO
Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib










