“Kamaz” çaya düşdü - 2 nəfər suda boğuldu - FOTOLAR

Bu gün axşam saat 21 radələrində Ələt-Astara avtomobil yolunun Salyan şəhərindən keçən 57-ci km-də ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın virtualaz.org-a istinadən məlumatına görə, Bakı istiqamətində hərəkətdə olan 10-MP-867 dövlət nömrə nişanlı "Kamaz" markalı yük maşını qəfil idarəetməni itirərək Akquşa çayına düşüb. Yük maşını sudan çıxarılsa da, avtomaşında olan sürücü və sərnişin tapılmayıb. İlkin araşdırma nəticəsində məlum olub ki, qəzaya uğramış "Kamaz" Qobustan sakini tərəfindən idarə olunub.
Hazırda FHN əməkdaşları qəza zamanı suda batmış sürücü və sərnişinin axtarışlarına başlayıblar.
***
Axşam saatlarında Ələt-Astara magistral yolunda Salyanın PMK-9 adlanan ərazisindən keçən hissəsində Salyanda “KamAZ” markalı yük maşını çaya düşüb. “Report”xəbər verir ki, Qobustan sakini, 30 yaşlı Araz QaçayevBakı istiqamətində hərəkətdə olarkən qarşısına “VAZ-21015” markalı avtomobil çıxıb. “KamAZ”ın sürücüsü avtomobili vurmamağa cəhd göstərib. Bu zaman yük maşını yaxınlıqdakı Akkuşa çayına düşüb. Hadisə yerinə FHN, həmçinin hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Yük maşını sudan çıxarılsa da sürücü və yanındakı Mahir adlı sərnişin tapılmayıb. Qobustandan 100 nəfərə yaxın qohumu hadisə yerinə gəlib. Akkuşa çayının bağlanmamasına etirazlarını bildiriblər. Hazırda çayın səviyyəsinin aşağı salınması istiqamətində tədbirlər görülür.
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Təmirə bağlanan yollarla əlaqədar məlumatlar sürücülərə necə ötürülməlidir? - DEPUTAT
Metroda xətlərin ayrılması tələbələrin kirayə xərclərinə təsir edəcəkmi?
Sərnişin sıxlığı ilə əlaqədar dərslər distant təşkil oluna bilər? - Ekspertdən AÇIQLAMA




















