"Kamaz" sürücüsünü amansızlıqla qətlə yetirənlər saxlanıldı - Xaçmazda

Avqustun 4-də Xaçmaz rayonunun Gödəkli kəndində rayon sakini, 1972-ci il təvəllüdlü Cəfər Hacıyevin qətli ilə bağlı iki nəfər saxlanılıb. Avtosfer.az xəbər verir ki, bu barədə trend-ə hüquq-mühafizə orqanlarından məlumat verilib. Məlumatda bildirilir ki, C.Hacıyevi qətlə yetirənlər onun həmkəndliləri olub. Hadisə şəxsi münaqişə zəminində baş verib. Məlumata görə, qətlə yertirilən şəxsin həmkəndlilərinə borcu olub və pul sahibləri pulunu istəmək üçün C.Hacıyevlə kəndin kənarındakı avtomobil yolunun kənarında görüşüblər. Aralarında yaranan mübahisə zəminində pul sahibləri C.Hacıyevi döyüblər. C.Hacıyevin öldüyünü görən həmin şəxslər onu yolun kənarına atıb hadisə yerindən qaçıblar.
Xatırladaq ki, avqustun 4-də Xaçmaz rayonunun Gödəkli kəndində rayon sakini, 1972-ci il təvəllüdlü Cəfər Hacıyevin qətlə yetirilmiş meyiti avtomobil yolunun kənarında aşkarlanıb.
Meyitin üzərinə baxış keçirilərkən onun üzərində xəsarətlər aşkarlanıb. Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.
Rayon sakinlərinin Trend-ə verdiyi məlumata görə, qətlə yetirilən şəxs uzun müddət imiş ki "Kamaz" sürücüsü işləyirmiş. Bir müddət əvvəl isə ailə münaqişəsi zəminində boşanıbmış. Qətlə yetirilən gün onun evdən avtomobilsiz çıxdığı bildirilir. Qətl hadisəsinin hansı səbəbdən və kim tərəfindən törədildiyi hələ məlum deyil. Araşdırmalar aparılır.
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI












