Kameraların qarşısında qadının pulunu oğurladı; polisə 600 yox, 4 manat oğurladığını dedi - VİDEO

Abşeron rayonu ərazisində baş verən oğurluq hadisəsinin görüntüləri anbaan kameraya düşüb. Bu barədə zərərçəkmiş şəxsin oğlu redaksiyamızın qaynar xəttinə şikayət ünvanlayıb. O bildirir ki, hadisə Abşeron Gənclər Şəhərciyində baş verib: "Tanımadığımız şəxs anamın pul kisəsini maşının üzərindən götürərək bloka daxil olub. Daha sonra liftə minərək kisənin içindəki pulları götürüb bayıra çıxıb. Bütün bunlar binaya quraşdırılmış nəzarət kameralarına qeyd olunub. Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinə, Abşeron rayon Polis İdarəsinə müraciət etmişik. Lakin polisdən deyirlər ki, araşdırma aparırıq. Oğurluğu edən şəxs isə azadlıqdadır" - deyə zərərçəkmiş şəxsin oğlu bildirib.
Qeyd edilən məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov bildirib ki, zərərçəkənin şikayəti əsasında Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Abşeron rayon sakini E.Əhmədov saxlanılıb. Araşdırma zamanı həmin şəxs zərərçəkənin qeyd etdiyi kimi 600 manat yox, çantada olan 4 manatı oğurladığını bildirib. Hazırda hadisə ilə bağlı Abşeron RPİ-də araşdırmalar davam etdirilir.
Leyla
Paytaxtın bu kəsişməsində tıxaca qarşı YENİLİK - VİDEO
Bakının 18 küçəsində sıxlıq var - SİYAHI
Azərbaycanda avtomobil yanacağı ilə bağlı MÜHÜM XƏBƏR
Dolunun maşına vurduğu zərəri sığorta qarşılayır? — AÇIQLAMA
Biləcəridə yol örtüyü çöküb: Dərin çuxurlar sürücüləri riskə atır - VİDEO
Hörmüz boğazına alternativ dəhlizlər təşkil olunmasa... – ELXAN ŞAHİNOĞLU
Bu yolda sürət həddi endirildi
Magistral yollarda müşahidə ediləcək vəziyyət AÇIQLANIB
Bakı və Abşeron yarmadasında buz yağır - VİDEO
Paytaxtın 15 küçəsində sıxlıq var - SİYAHI
Taksilərin icbari sığortası niyə 50 faiz bahalaşdı? - AÇIQLAMA










