Kamil Zeynallı polis şöbəsinə çağırıldı - Qalmaqal böyüyür

İdmançı Kamil Zeynallı polis şöbəsinə çağırılıb. Bu barədə jurnalist Əfruzə Ağayeva məlumat verib. Şikayətçi bildirib ki, K. Zeynallı onu instaqram hesabında təhqir edib və xanım jurnalist həmin gün polisə müraciət edib. Ə.Ağayeva müraciətinin ardınca Nəsimi rayon Polis Şöbəsində izahat yazıb. Bundan sonra idmançı şöbəyə çağırılıb və ifadəsi alınıb.
Məsələ ilə bağlı “Qafqazinfo”ya jurnalistin vəkili Vüqar Səfərli də danışıb: “Jurnalist Əfruzə Ağayeva özü Nəsimi rayon Polis İdarəsinə ərizə ilə müraciət edib və izahatını verib. Mən işin məhkəmə tərəfində jurnalistə kömək olacam. Kamil Zeynallının hansı ifadəni verdiyini qeyd edə bilmərik. O ki qaldı Əfruzə Ağayevanın tələbinə... Əfruzə xanım şərəf - ləyaqətin müdafiəsi və onun ünvanına Kamil Zeynallı tərəfindən edilən təhqir söyüş xarakterli məlumatların ( yazıların) təkzib edilərək, onun tərəfindən müvafiq olaraq instagram hesabında və KİV -də üzr istəməsi tələbi ilə məhkəməyə müraciət edib. Bu xüsusatı da vurğalamaq istəyirəm ki, Kamil Zeynallı Əfruzə Ağayevanın mobil nömrəsinə hədə -qorxu dolu mesajlar yazaraq onu təhdid edib. Buna görə də, hazırda jurnalist Əfruzə Ağayevanın həyat və sağlamlığı ciddi təhlükədədir. Onsuz da xanım kifayət qədər stress içində və hal-hazırda həkim nəzarətindədir”.
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA










