Kamran Əliyev maşınını yandıran Qarabağ əlilindən - DANIŞDI

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Qax rayon sakini, Qarabağ qazisi Bəxtiyar Bayramovun öz avtomobilini yandıraraq, yol polisini ittiham etməsinə münasibət bildirib. Avtosfer.az xəbər verir ki, bu barədə K.Əliyev ölkə.az-a bildirib ki, sözügedən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyinə görə cərimə olunub:
"Nə avtomobili, nə də sürücülük hüququ onun əlindən alınmayıb. Çünki sürücülük vəsiqəsi yoxdur. Bu ilin yayında nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan yol-nəqliyyat hadisəsi törətdiyinə görə Qax Rayon Məhkəməsi tərəfindən 400 manat cərimə olunması barədə qərar çıxarılıb. Cəriməni vaxtında ödəmədiyinə görə həmin məbləğin üzərinə də dəbbə gəlib. Dəbbə pulu ilə birlikdə 640 manat məbləğ təşkil edib. Vətəndaşın hansı səbəbdən avtomobilini yandırdığını deyə bilmərəm. Bizim Qarabağ müharibəsi iştirakçılarına, veteranlarına, xüsusilə də əlillərə böyük hörmətimiz var. Amma Qarabağ əlili də düzgün hərəkət etməyib. Yol kənarında avtomobilə od vurmaqla digər hərəkət iştirakçılarının da həyatını təhlükədə qoyub. O avtomobil yanan vaxt istənilən an partlayışa səbəb ola bilərdi. Onun partlaması nəticəsində digər insanlar da xəsarət ala bilərdilər. Məsələ burasındadır ki, həmin şəxs məhkəmənin qərarıyla sürücülük hüququ olmadığına görə cərimə olunub. Məhkəmənin qərarı onda icra olunur ki, rəsmi qaydada həmin qərar yol polisinə daxil olsun. Bunu sivil formada da həll etmək olardı. Sadəcə, məhkəmənin qərarını gözləmək lazım idi".
Xatırladaq ki, B.Bayramov idarə etdiyi 16-BA-253 dövlət qeydiyyat nömrə nişanlı “VAZ 2109” markalı avtomobilini yandırıb və bunu yol polisinin ona qarşı haqsızlığıyla əlaqələndirib. Qarabağ qazisi həmçinin Qax rayon DYP-nin rəisi Ayaz Məmmədovu və əməkdaşlarını rüşvətdə ittiham edib.
Maşını səs-küylə sürənlərin nəzərinə - Bunu bilirsiniz?
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlanıb - VİDEO
Bəzi avtomobil yollarında görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Ekspertdən təklif: "Piyadalar üçün cərimələr artırılsın" - VİDEO
Sürücülük vəsiqəmizi hansı ölkələr tanıyır? - AÇIQLAMA
Əlilliyi olan şəxslər üçün "Əlçatan Metro" xidməti fəaliyyət göstərəcək - WUF13
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - Sürücülərin diqqətinə
D vitaminin qəbulu yol polisinin cihazında spirt kimi görsənir? - Həkim AÇIQLADI
Yüzlərlə yük avtomobili sərhəddə qaldı: “7 gündür yollardayıq” - VİDEO
Mayın 4-dək bu marşrutların hərəkəti dəyişdirilir
Çexiya baş nazirinin Azərbaycana səfəri ölkəmizə nə qazandırdı? - POLİTOLOQ











