Kamran Əliyev: “Qəzaların yarısı piyada vurulması ilə bağlıdır”

“2017-ci ilin son 6 ayı ərzində baş verən yol qəzalarının 50 faizində piyadalar vurulub”. Avtosfer.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib. O bildirib ki, ötən ilin bu dövrü ilə müqayisədə ölüm hallarının sayında artım müşahidə olunur: “Əvvəllər piyadaların vurulması ilə nəticələnən qəzalar Bakı şəhəri üzrə 60-65 faiz, respublika üzrə isə 40-45 faiz təşkil edirdi. Bu faiz bir qədər azalaraq 37 faizə enmişdi, amma son məlumatlara görə isə artıq 50 faizdir”.
K.Əliyev qeyd edib ki, piyadaların vurulmasında onların özlərinin də təqsiri az deyil: “Piyada keçidlərinin olmasına baxmayaraq bir sıra hallarda vətəndaşlar keçidlərdən istifadə etmirlər. Bununla onlar həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükədə qoyurlar. Əlbəttə, sürücülər də diqqətli olmalıdır, bilməlidir ki, piyadalar arasında zəif görənlər, zəif eşidənlər var. Sürücülər yol hərəkət qaydalarına riayət etməklə piyadanı vurmamaq üçün bütün zəruri tədbirləri görməlidir. Təəssüflər olsun ki, bəzi sürücülər sürət həddini aşırlar”.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI













