Kanadada hava limanı yanıb - VİDEO

Meşə yanğınları səbəbindən Kanadanın Alberta əyalətində Fort-Makmürrey şəhəri yaxınlığında yerləşən hava limanı yanmağa başlayıb. "Report" xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yayıb. Kanadanın Nəqliyyat Nazirliyinin məlumatına görə, yanğın hava limanının şimal hissəsindədir. Yanğın nəticəsində artıq otel, mağaza və bir neçə tikili sıradan çıxıb. Alov yayılmaqda davam edir. Terminallardakı sərnişinlər təhlükəsiz yerlərə təxliyə olunub. Aeroportun bütün ərazisi tüstüyə bürünüb. Bütün reyslər ləğv olunub, lakin əməkdaşların bir hissəsi hava limanının cənub hissəsində qalmaqdadır. Ötən gün regionda fövqəladə vəziyyət rejimi tətbiq olunub.
Bundan əvvəl 1,5 min nəfər təbii fəlakət zonasından təxliyə edilib. Beləliklə təxliyə olunan Alberta sakinlərinin sayı 90 min nəfərə çatıb.
Yanğının söndürülməsinə 250-dən çox yanğınsöndürən, 17 təyyarə və 12 vertolyot cəlb olunub.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












