Kanalizasiya quyusunun qapağının açıq qalması sürücüləri çətin vəziyyətə salıb - VİDEO

Bakıda ağzı açıq qalan kanalizasiya quyusunun qapağı sürücüləri çətin vəziyyətə salıB. Döngədə yerləşən bu maneə görülmədiyindən hər an qəza riski yaranır.
Paytaxtın Qaraçuxur qəsəbəsi, Əliheydər Qarayev küçəsində aylardır ki, kanalizasiya quyusunun qapaqsız qalması qəzalara səbəb olur.
Qaraçuxur qəsəbəsinin sakinləri deyir ki, bu küçə iki qəbiristanlığın əsas yoludur. Baş verən qəzalardan ən çox sürücülər ziyan çəksə də, hər an ölüm riski də var.
Maraqlısı burasındadır ki, kanalizasiya qapağı iki dəfə dəyişdirilib. Nədənsə hər dəfə dəmir qapaq əvəzinə başqa bir materialdan olan qapaq qoyulub.
"Xəzər Xəbər"in məsələyə müdaxiləsindən sonra "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları əraziyə baxış keçirib. Quyunun qapağı yenisi ilə əvəzlənib.
Bakıda bu ərazilər YENİDƏN QURULACAQ
Bu qəsəbədə yol sürücülərin kabusuna çevrilib - Maddi ziyan qaçılmazdır - VİDEO
Nəqliyyat sistemi modernləşdirilir – Tıxacla mübarizədə başqa addımlar da atılmalıdır
Bakıda avtobus zolaqları genişlənəcək - Ekspert açıqladı
“Nizami” metrosunun qarşısında velosipedçilərin təhlükəsizliyi təmin edildi - VİDEO
Robert Köçəryanın Qarabağla bağlı dedikləri Ermənistanı çalxalayıb - POLİTOLOQ
Ramazan ayının iyirmi yeddinci gününün duası: İmsak və iftar vaxtı
Çin maşınlarının satışı azalıb; səbəb bu imiş - RƏSMİ
Netanyahu hakimiyyətdən getmə qorxusu ilə hər dəfə müharibə başladır - POLİTOLOQ
İntensiv qar yağacaq, 17 dərəcə şaxta olacaq - PROQNOZ
Dünyanın ən güclü xüsusi təyinatlıları - SİYAHI










