"Kanalizasiya suyu basır, bizimki yaşayış deyil!" – ŞİKAYƏT - VİDEO
Gündəm
20 Sentyabr 2024 23:33
Oxunub 688
Xırdalan şəhərinin Sülh küçəsində yaşayan 200-ə yaxın sakin kanalizasiya sularının küçəyə axıdılmasından şikayətçidir.
Avtosfer.az xəbər verir ki, onlar iddia edirlər ki, aidiyyəti quruma dəfələrlə müraciət etsələr də, onlara cavab verən yoxdur.
"40 ildən çoxdur burada yaşayırıq. Bizə evlərimizin qanunsuz tikildiyini deyirlər. Ərizə yazırıq, şikayət edirik, müraciətimizə baxılmır. Axşam evə gələndə dizə qədər kanalizasiya suyuna batmışam", - deyə şikayətçi Temza Həsənova narazılığını bildirib.
Daha ətraflı Baku TV-nin süjetində:
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR