“Karantində verilən qərarların icrasına DİN nəzarət edir”

Son günlər qadağan olunmasına baxmayaraq ölkədə toy və nişan mərasimlərinin keçirildiyini təsdiq edən foto və videolar yayımlanır. Operativ Qərargahın avqustun 3-də verilən açıqlamasında qeyd olunurdu ki, 31 avqust saat 00:00-dək ölkə üzrə tətbiq olunan xüsusi karantin rejimi çərçivəsində qüvvədə olan məhdudiyyətlər sırasında kütləvi tədbirlər də var. Eyni zamanda, dəfn mərasimləri istisna olmaqla dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimləri, toy məclislərinin təşkili qadağandır. Həmçinin, tədbirlərin təşkili üzrə xidmətlərin, o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərə də icazə verilmir.
Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Nazirlər Kabinetinin karantinlə bağlı verdiyi qərarların icrasına nəzarət Daxili İşlər Nazirliyinin səlahiyyətindədir: "Toy, nişan və ad günü mərasimləri ilə bağlı qərar saytımızdadır. Bu məsələ ilə bağlı siz Daxili İşlər Nazirliyinə müraciət edin".
Bakı-Qazax yolunun Nəvahi ərazisindən keçən hissəsində hərəkət bərpa olunub - AAYDA
Xəzərin səviyyəsindəki dəyişiklik turizm üçün yeni yanaşma tələb edir - MEMAR
Çin avtomobilləri yağış sınağından çıxmadı
Paytaxtın yükü 4 dəfə artıb, amma kanalizasiya sistemi yenilənməyib - MEMAR
Sürücüləri təhlükəyə atan yol: Bir gündə onlarla maşının təkəri sıradan çıxdı - VİDEO
Leysanda yoxa çıxan nömrələrin dublikatı niyə verilmir? - VİDEO
Piyadalara su sıçradan sürücüləri hansı cəza gözləyir? - VİDEO
Sel suları kənd yolunun bir hissəsini yararsız hala saldı - FOTO
Bakı səhəri belə açdı - Yağışlı yollardan yeni görüntülər - VİDEO
Metropoliten rəisi: ictimai nəqliyyat pulsuz olmalıdır
Hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ










