Banner

"Karl Maks körpüsü” qəzalı vəziyyətə düşüb? - VİDEO

Gündəm 3 Aprel 2024 21:47 Oxunub 592
"Karl Maks körpüsü” qəzalı vəziyyətə düşüb? - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda "Karl Maks körpüsü”nün qəzalı vəziyyətə düşdüyü iddia edilir. Bildirilir ki, körpünün daş üzlüyü sökülüb və üzərində çatlar əmələ gəlib.                                                                                                                                                                                                               

Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsində yerləşən körpünün görüntüləri bunu deməyə əsas verir.

Qeyd edək ki, gün ərzində bu körpününü üzərindən minlərlə avtomobil hərəkət edir.

Yaxınlıqda yaşayan sakinlər də körpüyə mütəxəssislər tərəfindən baxış keçirilməsini istəyirlər. 

Məsələ ilə bağlı ətraflı məlumat əldə etmək üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət etdik. Qurumdan bildirildi ki, körpüdə çat kimi görünənlər əslində çat deyil, temperatur şovudur. Yəni vətəndaşların narahat olması üçün heç bir səbəb yoxdur. Qaldı ki, qırılan məhəccərlərə, onlar da yaxın zamanda yeniləri ilə əvəz olunacaq.

Daha ətraflı videomaterialda.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh