Kart məlumatlarınız ələ keçirilə bilər - fırıldaqçılar yeni üsullara əl atıb - VİDEO

Son dövrlər fırıldaqçılıqla ödəniş kartlarını ələ keçirmək istəyənlərin sayı artıb.
Banklar Assosiyasından verilən məlumata əsasən, maarifləndirici tədbirlərin aparılmasına baxmayaraq, kartlarda olan məbləğin ələ keçirilməsi üçün fırıldaqçılar yeni üsullara əl atırlar.
İstifadəçilərə bankların adından zəng edərək müxtəlif əməliyyatlar keçirəcəklərini bildirir, daha sonra kart məlumatlarını əldə edirlər. Banklar Assosiasiyasının koordinatoru Aytac İsmayılovanın sözlərinə görə, banklar heç vaxt ödəniş kartlarının məlumatlarını yeniləməklə bağlı vətəndaşa zəng edərək məlumat əldə etmirlər.
Aytac İsmayılova bildirib ki, Assosiasiya tərəfindən banklara vətəndaşları məlumatlandırmaları üçün mütəmadi xəbərdarlıqlar edilir. Kartdan köçürmə etmək üçün kartın üzərində olan tək 16 rəqəm kifayət edir.
Həmçinin vətəndaşlar kart məlumatlarının əldə edilməsi halları ilə rastlaşarlarsa həmin an bankla əlaqə saxlamalı, kartlarının istifadəsini dayandırmalıdırlar.
Bakıda bu ərazilər YENİDƏN QURULACAQ
Bu qəsəbədə yol sürücülərin kabusuna çevrilib - Maddi ziyan qaçılmazdır - VİDEO
Nəqliyyat sistemi modernləşdirilir – Tıxacla mübarizədə başqa addımlar da atılmalıdır
Bakıda avtobus zolaqları genişlənəcək - Ekspert açıqladı
“Nizami” metrosunun qarşısında velosipedçilərin təhlükəsizliyi təmin edildi - VİDEO
Robert Köçəryanın Qarabağla bağlı dedikləri Ermənistanı çalxalayıb - POLİTOLOQ
Ramazan ayının iyirmi yeddinci gününün duası: İmsak və iftar vaxtı
Çin maşınlarının satışı azalıb; səbəb bu imiş - RƏSMİ
Netanyahu hakimiyyətdən getmə qorxusu ilə hər dəfə müharibə başladır - POLİTOLOQ
İntensiv qar yağacaq, 17 dərəcə şaxta olacaq - PROQNOZ
Dünyanın ən güclü xüsusi təyinatlıları - SİYAHI










