Kartla ödəniş qəbul etməyən taksi sürücüləri barədə VACİB AÇIQLAMA - Bundan sonra…

Xəbər verdiyimiz kimi, ölkədə fəaliyyət göstərən beynəlxalq taksi şirkəti “Bolt” onunla əməkdaşlıq etmək istəyən sürücülər üçün yeni tələb irəli sürüb. Tələbdə bildirilir ki, sürücülərin VÖEN (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) ilə əlaqəli bank kartı olmalıdır. Beləliklə, müştəri tərəfindən kartnan edilən ödənişlərdə şirkətin hesabına ödənilən məbləğ həftədə bir dəfə sürücünün kart hesabına ödəniləcək.
Maraqlıdır, görəsən kartla ödəniş etmək istəyən müştəridən imtina edən taksi sürücüləri bu tələbə necə münasibət göstərəcək? Yeni tələb narazılıqları aradan qaldıracaqmı?
Nəqliyyat eksperti Rövşən Həsənov “Yeni Sabah”a açıqlamasında bu tələbin əsas məğzini şərh edib:
“Buna bənzər metodlar var idi və Azərbaycanda fəalliyyət göstərən bir çox beynəlxalq şirkətlər bu üsuldan istifadə edirdilər. Əfsuslar olsun ki, bir çox taksi sürücülərinin buna olan münasibəti mənfi idi. Həftədə bir dəfə ofisə, banka yaxınlaşaraq həmin vəsaiti nağdlaşdırmaq istəmirdilər. Nəticə etibarilə, sürücü və müştəri arasında mübahisə və narazılıqlar yaranırdı. Ancaq analoji halların istifadəçiyə heç bir aidiyyatı yoxdur. Çünki müştəri ödənişi edir və ayda bir dəfə şirkət tərəfindən sürücüyə bu məbləğ ödənilir”.
Ekspert bildirib ki, “Bolt”un sözügedən tələbinə etiraz edənlər gündəlik çalışan və daim buna narazılıq edən şəxslər olacaq:
“Yeni tələb sürücülər üçün müsbət xarakter daşımasa da, bu o demək deyil ki, bu anormaldır. Beləliklə, taksi şirkəti dövlətin büdcəsinə ödəniləcək vergidən yayına bilməyəcək və büdcədəki vergilərin artmasına gətirib çıxaracaq. Eyni zamanda müştərilərin nağdsız olaraq ödəniş etməsi də optimallaşacaq. Belə qaydada fəaliyyət göstərməkdən imtina edən taksi sürücüləri müştəri ilə mübahisə etməməlidir. Çünki həmin hal heç də normal deyil. Adam kartdan istifadə edir və ödənişi də bu cür həyata keçirir. Düşünürəm ki, get-gedə bu yöndə olan mübahisələr səngiyəcək və sürücülər də həmin vəziyyətə alışacaqlar”.
Azərbaycanın “Aİ-95” markalı benzini idxal və ixrac etdiyi ölkələr – SİYAHI
Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"...
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO










