Kəbirə Məmmədova "Porsche" qəzasından danışdı - MÜƏMMALI AÇIQLAMA

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Bibiheybət yolundakı faciəvi qəzanın səbəbkarlarından biri olan "Porsche" markalı avtomobilin sürücüsü Rövşən Aydın oğlu Məmmədov Azərbaycanda "Binə Kəbirə" kimi tanınan məşhur iş xanımı Kəbirə Məmmədovanın qardaşı oğlu kimi təqdim olunub. Avtosfer.az xəbər verir ki, Kəbirə Məmmədova unikal.org-a açıqlamasında bildirib ki, yayılan məlumat əsassızdır: "O ucarlı, mən bakılı. Mənim elə qardaşım oğlu yoxdur. Hazırda vəkillərim yanımdadır. Sözügedən xəbəri yazan saytları məhkəməyə vermək üçün hazırlıq görürük. Bu nə deməkdir, hər ötən hadisəyə görə mənim adım hallandırılır? Mənim bu məsələyə münasibətim bu qədər, sağ olun". Xatırladaq ki, Rövşən Məmmədovun idarə etdiyi 10 VV 155 dövlət nömrə nişanlı avtomobillə 99 AP 658 nömrəli Polis Post Patrul Xidmətinə məxsus "Fiat Doblo" avtomobilini vurub. Hadisə zamanı polis əməkdaşı 25 yaşlı Emil Adil oğlu Zeynallı dünyasını dəyişib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












