Keçiddə hamilə qadını maşın vurdu - Sürücü qaçdı

Abşeron rayonunda yolu piyada keçidi ilə keçən qadını avtomobil vurub. "Report"un xəbərinə görə, hadisə Saray qəsəbəsi Mikayıl Müşfiq küçəsində qeydə alınıb. Həmin küçədə piyada keçidi ilə hərəkət edən Əliyeva Elnarə Əlisəttar qızını "QAZ 31029" markalı avtomobil vuraraq ərazidən uzaqlaşıb. Ağır xəsarət alan E.Əliyeva Sumqayıt Şəhər Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Məlum olub ki, E.Əliyeva altı aylıq hamilədir və onun körpəsi tələf olub. Qadının vəziyyəti ağırdır. Abşeron Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları piyadanı vurub qaçan şəxsin 10 XH 453 dövlət qeydiyyat nişanlı "QAZ 31 029" markalı avtomobili idarə edən Quliyev Ramil Bahadur oğlu olduğunu müəyyənləşdirib. Məlum olub ki, R.Quliyevin sürücülük vəsiqəsi yoxdur.
Faktla bağlı Abşeron RPİ-də cinayət işi başlanıb.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












