Keçmiş arvadını öldürən polisə cəza istənilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş arvadını öldürməkdə təqsirləndirilən Samir Əliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək S. Əliyevin 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Proses mayın 31-də davam edəcək. Qeyd edək ki, 2015-ci il iyulun 6-da Bakı-Quba yolunda Bakı sakini, 1981-ci il təvəllüdlü Natəvan Əliyevanın meyiti tapılıb. Üç uşaq anası olan 34 yaşlı N. Əliyeva paytaxtda fəaliyyət göstərən xəstəxanaların birində həkim işləyib. Qətli N.Əliyevanın keçmiş həyat yoldaşı, sabiq polis işçisi Samir Səməndər oğlu Əliyevin törətdiyi müəyyənləşib. S.Əliyev Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham olunub.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












