Keçmiş baş nazirinin kürəkəni hava limanında saxlanılıb

Pakistanın Milli Qeydiyyat və Nəzarət Bürosunun (NAB) əməkdaşları antikorrupsiya işi çərçivəsində ölkənin keçmiş baş naziri Navaz Şərifin kürəkəni Məhəmməd Səfdarı saxlayıblar.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, M.Səfdar həyat yoldaşı Məryəm Navazla birlikdə onu məhkəmə qarşısınıa çıxarmalı olan NAB-nin 6 əməkdaşının müşayiəti altında Londondan qayıtdığı İslamabad hava limanında saxlanılıb.
Qeyd edək ki, məhkəmə korrupsiya işi üzrə dinləmələrə qatılmadığına görə M.Səfdarın tutulmasına dair order verib.
Bununla yanaşı, Pakistan Müsəlman Liqası (N) Partiyasının tərəfdarlarının qarşıladığı M.Səfdarın həyat yoldaşı aeroportu sərbəst şəkildə tərk edib.
Xatırladaq ki, M.Səfdara qarşı məhkəmə istintaqı keçmiş baş nazir, ailəsi və yaxınlarına qarşı başlanmış dörd ayrı məhkəmə çəkişməsi çərçivəsində sentybar ayından etibarən aparılır. Siyasətçinin ailəsinə qarşı cinayət işi daha əvvəl ibtidai istintaqın yekunuda N.Şərifi hakimiyyətdən uzaqlaşdıran Ali Məhkəmənin Komissiyasının qərarı ilə başlanılıb.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












