Keçmiş məhkum taksi sürücüsünü qarət edib

Bakıdan Qusara gedən keçmiş məhkum taksi sürücüsünü qarət edib. Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, Ağdam rayon sakini Rafayel Novruzov oktyabrın 24-də Qusar Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, bir gün əvvəl Bakıdan Qusarın Hil kəndinə gətirdiyi sərnişini tərəfindən soyğunçuluğa məruz qaldığını bildirib.
Araşdırmalarla məlum olub ki, Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olan R.Novruzova yaxınlaşan bir nəfər Qusar rayonunun Hil kəndinə gedəcəyini bildirib və onlar 60 manata razılaşıblar. Kəndə çatanda isə həmin şəxs gediş haqqını verməyib, hətta onun “Samsung” markalı telefonunu da götürərək aradan çıxıb.
Dərhal həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə həmin şəxsin yeri müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılaraq RPŞ-yə gətirilib.
Araşdırma zamanı onun Qusar rayonunun Hil kəndi sakini, əvvəllər məhkum olunmuş Samir Zalov olduğu müəyyən edilib. Ş.Zalov törətdiyi əməli etiraf edib və R.Novruzova məxsus “Samsung” markalı mobil telefon maddi sübut kimi ondan götürülüb. Faktla bağlı Qusar RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
S.Zalovun digər cinayətlərdə də iştirakının olub-olmadığı araşdırılır.
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”










