Keçmiş məhkumdan 2 kiloqram heroin aşkar olundu - FOTO

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib. Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Belə ki, Bakı Şəhər Baş Polis İdarəsi Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində paytaxt sakini, əvvəllər məhkum olunmuş Oğuz Babayev saxlanılıb. Polis İdarəsində üzərinə baxış zamanı ondan külli miqdarda narkotik vasitə aşkar olunaraq götürülüb. Ekspertizaya təqdim olunan həmin narkotik maddənin ümumi çəkisinin 2 kiloqram 100 qram yüksək psixotrop təsirə malik heroin olması barədə rəy verilib. Saxlanılan şəxs götürülmüş maddi sübutla birgə istintaqa təhvil verilib. Araşdırma zamanı O.Babayevin narkotik vasitələrin aludəçisi olduğu müəyyən edilib. O, ifadəsində külli miqdarda heroini satıb gəlir əldə etmək və şəxsi istifadəsi üçün tanımadığı şəxsdən aldığını bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Fərid
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI















