Keçmiş məhkumdan “Kalaşnikov” avtomatı aşkar edilib - FOTO

Polis əməkdaşlaı qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədi ilə növbəti uğurlu əməliyyat tədbiri həyata keçiriblər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinə rayon ərazisində Elşən adlı şəxsdə odlu silah-sursat olması barədə məlumat daxil olub. Bölmə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs – Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elşən Həmidov saxlanılıb. Bölmədə hal şahidlərinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilən zaman əlində olan sellofan torbanın içərisindən “AKM” markalı avtomat, 20 ədəd patron və 1 ədəd patron darağı aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində odlu silah-sutsatı bir neçə ay bundan əvvəl Balaxanı qəsəbəsində tapdığını və həmin vaxtdan bəri hüquq-mühafizə orqanlarına təhvil verməyərək gizlətdiyini bildirib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Bölmədə toplanan material araşdırılması üçün Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.
Emin
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI















