Keçmiş mer Bakıdan qayıdarkən qəzaya düşdü - Ölən var

Tbilisinin keçmiş meri Vano Zodelava Gürcüstan paytaxtının kənarında baş verən avtomobil qəzasından sonra ağır vəziyyətdədir. Avtosfer.az-ın virtualaz.org-a istinadən verdiyi məlumata görə, Vano Zodelava Azərbaycandan qayıdarkən qəzaya düşüb. Bu gün - 23 iyulda məlum olub ki, o 22 iyul gecəsi Kvemo Poniçala ərazisində baş vermiş yol-nəqliyyat hadisəsinin iştirakçısı olub. Yolda "Mersedes", "Honda" və "Opel" markalı avtomobillər toqquşub. "Opel"in sürücüsü hadisə yerində ölüb. Azərbaycandan Gürcüstana qayıdan 60 yaşlı sabiq mer qəza zamanı ciddi xəsarətlər alıb. O, Tbilisidə New Hospitals klinikasına çatdırılıb və orada onun üzərində kəllə trepanasiyası əməliyyatı aparılıb. Hazırda Zodelava xəstəxananın reanimasiya şöbəsindədir.
Qeyd edək ki, Vano Zodelava 1998-dən 2004-cü ilə qədər Tbilisinin meri vəzifəsində işləyib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI














