Keçmiş nəzarətçinin kassasiya şikayəti təmin edilməyib

Ali Məhkəmədə qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin keçmiş nəzarətçisi, hazırda həbsdə olan Rövşən Əhmədovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. "Report"un xəbərinə görə, hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, R.Əhmədovun kassasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdiirlmədən saxlanılıb.
Xatırladaq ki, R.Əhmədov Cinayət Məcəlləsinin (CM) 127.1-ci (qəsdən sağlamlığa az ağır zərər vurmada) təqsirli bilinib. İttiham aktına əsasən, 2014-cü ilin iyul ayının 31-də, saat 22:00 radələrində Salyan şəhəri, Ə.Kürçaylı küçəsi ev 57 ünvanında şəxsi münasibətlər zəminində bacısı Zərinə İsmayılova ilə mübahisə edib. Mübahisəyə səbəb bacısı R.Əhmədovun ünvanına təhqiredici sözlər deməsi olub. Daha sonra o, bacısının baş nahiyəsinə bir yumruq zərbəsi endirib. Z.İsmayılova Salyan Rayon Polis Şöbəsinə şikayətlə müraciət edib.
Cinayət materialında bildirilir ki, R.Əhmədov bacısı Z.İsmayılova ilə uzun müddətdir ki, danışmır və münasibətləri olmayıb.
Salyan Rayon Məhkəməsinin 25 avqust 2016-cı il tarixli hökmü ilə R.Əhmədovun aylıq qazancının 10 faizi dövlət nəfinə tutulmaqla o, 1 il müddətinə islah işləri cəzasına məhkum edilib. Hökmdən narazı qalan R.Əhmədov apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı hökmü qismən dəyişdirərək, hökmün təsiri-əsaslandırıcı və nəticəvi hissələrindən R.Əhmədovun aylıq qazancının 10 faizi dövlət nəfinə tutulmaqla o, 1 il müddətinə islah işləri cəzasına məhkum edilməsinə dair CM-nin 75.1.1-ci (müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad etmə) maddəsinə əsasən, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün xaric edilib. Hökmün qalan hissəsi isə dəyişdirilməyib. Daha sonra R.Əhmədov kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Qeyd edək ki, R.Əhmədov keçmiş nəqliyyat naziri Ziya Məmmədovun sabiq müşaviri, Avtonəqliyyat Xidmətinin keçmiş rəisi Çingiz Baxşıyevin və onun qızları Fatimə İbrahimova ilə Sevil Baxşiyevanın qızıllarını mənimsəməkdə ittiham edilib.
İttihama aktına əsasən, o, qohumu Ç.Baxşıyevə məxsus 800 min manat dəyərində qızıl-zinət əşyalarını öz mülkiyyətinə keçirib.
Törətdiyi əmələ görə 2016-cı ilin aprelin 18-də R.Əhmədova qarşı Cinayət Məcəlləsinin (CM) 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Sonradan cinayət işinin istintaqının davam etdirilməsi Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsinə həvalə olunub və 17 sentyabr 2016-cı ildə ona CM-in 179.3.2-ci (mənimsəmə, külli miqdarda) maddəsi ilə yeni məzmunda ittiham elan edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Əhmədovun barəsində bəraət hökmü çıxarılıb və o, məhkəmə zalından azadlığa buraxılıb. Hökmdən narazı qalan zərərçəkmiş apellyasiya şikayəti verib.
Xatırladaq ki, R.Əhmədov azadlığa buraxılandan sonra sabiq müşavirlə bağlı ciddi ittihamlar səsləndirib. Daha sonra Ç.Baxşıyev Nərimanov Rayon Məhkəməsinə müraciət edib. O, ərizəsində qeyd edib ki, R.Əhmədov onu 10-dan artıq ağır cinayətdə ittiham edib. Ç.Baxşıyev şərəf və ləyaqətinin alçaldıldığını bildirərək R.Əhmədov barəsində CM-nin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi üzrə cəzanın yuxarı həddində hökm verilməsini tələb edib. Məhkəmənin hökmü ilə R.Əhmədov 1 il 6 ay müddətinə islah işlərinə cəlb edilib və onun barəsində polisin nəzarətinə verilməklə iltizam tədbiri seçilib. Hökmdən narazı qalan R.Əhmədov apellyasiya şikayəti verib.
R.Əhmədov Maştağa qəsəbəsində yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasına köçürülüb. Daha sonra R.Əhmədov Bakı Apellyasiya Məhkəməsində keçirilən bir neçə məhkəmə iclasına gəlmədiyi üçün onun barəsində axtarış qərarı çıxarılıb və o, həbs edilib.
Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, birinci instansiya məhkəməsinin onun barəsində çıxardığı bəraət hökmü ləğv edilib. Məhkəmə R.Əhmədovun 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb.
Avtomobili yolda xarab olan sürücülər mütləq bunu etməlidir, yoxsa... — AÇIQLAMA
Bələdiyyənin yolu bütövlükdə asfaltlamaq əvəzinə yamaq vurması GÜNDƏM OLDU - FOTOSESSİYA
Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı: "Nasaz maşını niyə sürürsən axı?!" - VİDEO
Qonşu ölkədə təkər idxalı ilə bağlı yeni mərhələ başladı – RƏSMİ
Zəhranın öldüyü qəzada adı hallanan sürücünü hansı CƏZA gözləyir?
Bakıda torpaqların bahalaşması mənzil qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Su mənbələrindən istifadəyə görə ödənişlər ölkəyə necə təsir edəcək? - AÇIQLAMA
Anbarda gizlədilən 4 milyon manatlıq avtomobil hissələri ələ keçirildi – FOTO
Belə müdaxilələr binanın görünüşünə zərər verir - Memardan XƏBƏRDARLIQ - FOTO
Nabran yolu nə vaxt açılacaq? - FOTO
Rusiya hökuməti aşağı keyfiyyətli yanacaq istehsalına icazə verdi – BİZƏ TƏSİRİ










