Keçmiş polis əməkdaşı şəhidi və atasını təhqir etdi: DİN araşdırmalara başladı

Ucar rayonu Alpout kənd sakini şəhid Azad Cəlilovun atası keçmiş polis əməkdaşı Əliyev Rəşid Məhərrəm oğlu tərəfindən heç bir səbəb olmadan təhqir edilib.
Bu barədə Oxu.Az-a şəhidin atası Sabir Cəlilov məlumat verib.
O bildirib ki, R.Əliyev heç bir səbəb olmadan onu və şəhid oğlunun ruhunu təhqir edib:
“Buna görə bizim ailə çox narahatdır və intihar etmək həddindəyik. Qonşuluğumuzda yaşayan Əliyev Neman Məhərrəm oğlu iki ildir ki, bir neçə vətəndaşın evinə gedən su bərəsində bənd quraraq qanunsuz olaraq bağlayıb və istifadəmizə qadağa qoyub. Şikayətimizdən sonra məsul vəzifəli şəxslərin göstərişi əsasında həmin su bərəsinin açılması üçün orada iş gedirdi.
Su bərəsini qanunsuz bağlayan şəxsin qardaşı Rəşid Əliyev qəsdən mübahisə yaratdı, məni və şəhid oğlumu təhqir etdi. Mənim oğlum şəhid olub və dövlət onun adını əbədiləşdirib. Onu təhqir edən şəxs barədə qanunu tədbirlər görülməlidir”.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Ucar rayonu Alpout kənd sakini Sabir Cəlilovun müraciəti ilə əlaqədar Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsində araşdırmalar aparılır:
“Araşdırmaların nəticəsindən asılı olaraq məsələ hüquqi qiymət veriləcək”.
Bakıda avtobus zolaqları genişlənəcək - Ekspert açıqladı
“Nizami” metrosunun qarşısında velosipedçilərin təhlükəsizliyi təmin edildi - VİDEO
Robert Köçəryanın Qarabağla bağlı dedikləri Ermənistanı çalxalayıb - POLİTOLOQ
Ramazan ayının iyirmi yeddinci gününün duası: İmsak və iftar vaxtı
Çin maşınlarının satışı azalıb; səbəb bu imiş - RƏSMİ
Netanyahu hakimiyyətdən getmə qorxusu ilə hər dəfə müharibə başladır - POLİTOLOQ
İntensiv qar yağacaq, 17 dərəcə şaxta olacaq - PROQNOZ
Dünyanın ən güclü xüsusi təyinatlıları - SİYAHI
Paytaxtda 20 istiqamətdə tıxac var - SİYAHI
Azərbaycanda ətin qiyməti artır: Əsas səbəblər və bazardakı vəziyyət AÇIQLANDI
Buraxılış imtahanında 300 bal toplayanların sayı az ola bilər - EKSPERT










