Keçmiş polis rəisinin oğlu yol qəzasında həlak oldu
Gündəm
5 Avqust 2016 01:27

“Range Rover” markalı avtomaşını sərt döngədə aşırıb
Bu gün axşam saatlarında Kürdəmir-İmişli avtomobil yolunun İmişlinin Allahmədətli kəndindən keçən hissəsində sürücünün ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Virtualaz.org saytının əldə etdiyi məlumata görə, 27-yaşlı sürücü Anar Hüseynov idarə etdiyi “Range Rover” markalı 90-EP-003 dövlət nömrə nişanlı avtomaşını sərt döngədə aşıraraq ağır xəsarətlər alıb. O, İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.
Onu da qeyd edək ki, dünyasını dəyişən Anar Hüseynov DİN-in təqaüddə olan polkovniki, vaxtilə Yasamal və Lənkəran rayonlarının polis rəisi işləmiş, əslən İmişli rayonunun Bəcirəvan kəndindən olan Möhübbət Hüseynovun oğludur.
Oxunub : 12588
DİGƏR XƏBƏRLƏR
14 Oktyabr 2026 12:00
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
14 Oktyabr 2026 08:45
Bu yollarda tıxac var - SİYAHI
13 Oktyabr 2026 20:35
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
13 Oktyabr 2026 20:30
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
13 Oktyabr 2026 18:15
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
13 Oktyabr 2026 18:11
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
13 Oktyabr 2026 17:41
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
13 Oktyabr 2026 15:11
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
13 Oktyabr 2026 14:30
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
13 Oktyabr 2026 14:11
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
13 Oktyabr 2026 12:00
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
13 Oktyabr 2026 11:30
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
ŞƏRH YAZ













