Keçmiş ''zek'' "07"ni çay qırağına sürüb qadını qayadan atdı - MÜƏMMALI QƏTL

Daxili işlər və prokurorluq orqanları əməkdaşlarının birgə həyata keçirdikləri təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Qax rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin üstü açılıb. Avtosfer.az Baş prokurorluğu istinadən xəbər verir ki, martın 11-də saat 17 radələrində Qax rayonunun Alatəmir kəndi ərazisindən keçən çayda üzərində xəsarətlər olan naməlum qadın meyitinin aşkar olunması barədə daxil olmuş məlumat əsasında prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə və meyitə məhkəmə-tibb ekspertinin işitirakı ilə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin edilib. İlkin araşdırmalarla naməlum meyitin Mingəçevir şəhərində kirayədə yaşayan 35 yaşlı Zərdab rayon sakini Gülnar İbrahimova olması müəyyən edilib.
Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Mayıl Məmmədovun martın 8-də saat 18 radələrində Gülnar İbrahimova ilə görüşərək idarə etdiyi VAZ-2107 markalı avtomobillə Qax rayonu ərazisinə aparması və orada aralarında baş vermiş mübahisə zəminində onu öldürmək məqsədilə yüksəklikdən itələyib çaya ataraq qəsdən öldürməsində kifayət qədər əsaslı şübhələr müəyyən edildib. Cinayət işi Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilib. M.Məmmədov martın 15-də şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib, ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulan ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Emin
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT










