Kəlbəcərdə yeni yol çəkirlər - VİDEO

Ermənistandan Azərbaycanın işğal olunmuş torpaqlarına çəkilən yeni yolların görüntüləri yayılıb. Avtosfer.az baku.ws-ə istinadən xəbər verir ki, yayılan video Kəlbəcərə çəkilən yolun uzunluğunun xəritədə göstərilməsi ilə başlayır. Yolun "Hayastan” bütün Ermənistan Fondu tərəfindən çəkildiyi bildirilir. Videoda görünür ki, Kəlbəcərə yolu qısaltmaq üçün dağların bəzi hissələri partladılır.
Ərazidə xeyli sayda traktor, yük maşınları, asfalt çəkmək üçün texnikalar işləyir.
Videonun sonunda Azərbaycanın işğal olunmuş torpaqlarında, xüsusilə Kəlbəcərdə mövcud olan yolların havadan görüntüsü yer alıb. Amma çətin ki, işğalçı rejim bu yollardan uzun müddət istifadə edə bilsin. Tezliklə erməni separatçıları da özgə torpaqlarında oturduqları dərk edərək bu torpaqları boşaldacaqlar. Artıq bu gün yayılan xəbərlərdə Azərbaycan Ordusunun keçirdiyi irimiqyaslı təlimlər xəbərindən qorxuya düşən bəzi erməni ailələrinin təmas xəttindəki yaşayış məntəqələrini tərk etməyə başladlqları bildirilirdi. Azərbaycan Ordusu azadetmə əməliyyatına start verdikdən sonra isə bu yollarda bir nəfər də olsun separatçlı erməni qalmayacaq. Bu yol da digərləri kimi Azərbaycan Ordusunun zəfər yürüşünə şahidlik edəcək.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












