Kəlbəcərdən ən son görüntülər – FOTO+VİDEO

Azərbaycanın işğal olunmuş tarixi rayonu Kəlbəcərin son görüntüləri çəkilib. Avtosfer.az baku.ws-ə istinadən xəbər verir ki, Kəlbəcər 1993-cü il aprel ayının 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Kəlbəcər şəhəri respublikanın paytaxtı Bakı şəhərindən 458 km aralı, Tərtər çayı dərəsindədir. Ermənistanın işğalı nəticəsində şəhərin 8 min 900 dinc sakini hazırda məcburi köçkün kimi Azərbaycan Respublikasının digər yaşayış məntəqələrində məskunlaşmışlar. Kəlbəcər şəhərindəki məscid işğal zonasında qalaraq Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılıb, 900 metr² sahəsi və geniş kitabxanası olan, eksponatlarla zəngin Kəlbəcər tarix diyarşünaslıq muzeyinin bütün maddi və mənəvi sərvəti ermənilər tərəfindən talan edilərək Ermənistana daşınıb.
Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin indiyədək həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib.
Bununla yanaşı, BMT və ATƏT-in prinsiplərinə zidd olaraq 1999 ildən Kəlbəcərdə ermənilərin süni şəkildə məskunlaşdırılmasına başlanılıb.




İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












