Banner

Kəmaləddin Heydərov Qəbələdə yanğın baş vermiş ərazilərə gedib - FOTO - VİDEO

Gündəm 30 Avqust 2021 12:40 Oxunub 910
Kəmaləddin Heydərov Qəbələdə yanğın baş vermiş ərazilərə gedib  - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Qəbələ rayonunun Solquca kəndi yaxınlığındakı yanğın baş vermiş mürəkkəb relyefli dağlıq əraziyə gedib.

APA-nın məlumatına görə, nazir helikopterlə əraziyə baxış keçirib, yanğının qarşısının alınması üçün aparılan işlərlə tanış olub. Yanğının söndürülməsi istiqamətində görülən tədbirlər barədə K. Heydərova məlumat verilib.

Nazir daha sonra rayonun Abrıx kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə də yanğının söndürülməsi işləri ilə tanış olub.

K. Heydərov yanğınların qarşısının alınması üçün müvafiq göstəriş və tapşırıqlar verib.

Fövqəladə Hallar Nazirliyinin qüvvələri yanğınla mübarizə tədbirlərini davam etdirir.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh