Kəmaləddin Qafarovun şirkəti ölkəyə “leviy” dərmanlar gətirir? — Rəşid Mahmudovdan SENSASİON AÇIQLAMA

İddialara görə, Azərbaycanda “dərman monopolisti” kimi tanınan deputat Kamaləddin Qafarovun şirkətində ucuz başa gəlsin deyə xaricdən ölkəyə gətirilən dərmanların tərkibi dəyişdirilir, keyfiyyəti aşağı salınır. Nəticədə məşhur dərmanların belə keyfiyyəti standartlara cavab vermir.
Bəs nə üçün insan sağlamlığını təhdid edən bu məsələ lazımı qurumlar tərəfindən araşdırılmır?
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında tanınmış ictimai xadim, Azərbaycan Tibb Universitetinin dosenti Rəşid Mahmudov bildirib ki, dərmanların keyfiyyəti aşağıdırsa, çox güman ki, ölkəyə “leviy” gətirilir. Rəşid Mahmudov qeyd edib ki, bu kimi hadisələr həkimlərin də səviyyəsini aşağı salır:

“Bu təzə hal deyil. Mən bu barədə daha əvvəllər də danışmışam. Bu cür hadisələr çoxdan var idi. Bunun üstündə nə qədər adamlar tutuldu. Xaricə gedib zavodlarla danışırlar ki, bunun içinə 100 mq maddə qoyulmalıdırsa, 20 mq əlavə etdirirlər. Amma onu 100 mq dəyərində satırlar. Bunu maraqlanmaq lazımdır ki, niyə tədbir görülmür. Axı bütün bunları hər kəs yaxşı bilir. Nəticədə həmin dərmanlar xəstələrə kömək eləmir, xəstəlik sağalmır və pasientlər həkimlərdən şikayətçi olur.
Görün, burada xalqa nə qədər ziyan vururlar?
Bu, sadəcə insanların sağlamlığı ilə oynamaqdır. Bu məsələ dövlət səviyyəsində araşdırılmalıdır. Xaricdən gələn dərmanların ayrıca laborotoriyası var. Yəni, əslində xaricdən gələn dərmanlara nəzarət var. Yəqin ki, bu dərmanları ölkəyə “leviy” gətirirlər. Əgər deputat Kəmaləddin Qafarov o işlə məşğuldursa, maşallah, çox yaxşı və hünərli deputatdır”.
Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"...
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO
21 Mart - Beynəlxalq Novruz Günüdür










