Kəmər taxmayan sürücü və ya “can sənin, cəhənnəm tanrının” düşüncəsi

Kəmər taxmamağa görə yazılan cərimələrlə bağlı yol polisindən şikayət edən sürücülərin sayı-hesabı yoxdur. Bir çox sürücü inanır ki, aşağı sürətlə hərəkət edən zaman heç bir təhlükə yoxdur, polis buna görə cərimə yazmamalıdır.
Bir tanış elmlər doktoru isə (kifayət qədər məşhur şəxs olduğu üçün adını yazmıram – müəl.) iddia edir ki, kəmər taxmamaqla başqalarına təhlükə yaratmır. O, fikrini belə əsaslandırır ki, gümrahdır, içki qəbul etməyib, avtomobilin də qiyməti 150 min manatdır, yəni, təhlükəsizdir.
Bəs bu iddia nə dərəcədə doğrudur? Kəmər taxmayan sürücü başqaları üçün risk faktorudurmu? Avropalı ekspertlərin cavabı konkretdir: qəza və ya sürüşmə zamanı kəmər sürücünü oturacaqdan ayrılmağa qoymur. Buna görə də sürücü sükana daha yaxşı hakim ola bilir. Son nəticədə ya qəzadan yayınmaq, ya da yüngül xəsarətlə qurtulmaq mümkün olur.
Bəs kəmər taxmayan sərnişin nə dərəcədə təhlükəlidir? Qəza zamanı arxa oturacaqdakı sərnişin təhlükəsizlik kəmərindən istifadə edən sürücüyə çırpıldıqda, onu, belə demək mümkünsə “presləyir”. Başqa sözlə, kəmər onu qorusa da, arxadakı sərnişin zərbəsi ölümcül travma yaradır. Qabaqda əyləşən sərnişinin isə qəza zamanı avtomobildən bayıra atılaraq digər NV-nin altına düşmək riski böyükdür.
Avropalı ekspertlərin tədqiqatlarını ümumiləşdirərək belə nəticəyə gələ bilərik: təhlükəsizlik kəmərindən istifadə etməyən sürücü və sərnişinlər özləri ilə bərabər digər yol hərəkəti iştirakçılarına da təhlükə yaradırlar.
Doğrudur, buna görə kimsə cinayət məsuliyyətinə cəlb olunmur. Lakin, istər beynəlxalq sənədlərdə, istərsə də Azərbaycan qanunvericiliyində yol hərəkəti iştirakçılarından həmrəylik və bir-birinə mane olmamaq tələbi birmənalı olaraq yer alır. Buna görə də, polisin 30 km/saat sürətlə hərəkət edən avtomobilin sürücüsünə təhlükəsizlik kəmərinə görə cərimə yazması tamamilə qanunidir. Amerikada aparılan tədqiqatlar göstərir ki, hətta 30 km/saat sürətdə belə, ölümcül qəza ola bilər.
İşin etik tərəfi də budur ki, sürücü “can mənimdir, özüm bilərəm” kimi heç bir əxlaqa sığmayan iddianı səsləndirə bilir. Polisin isə “can sənin, cəhənnəm tanrının” demək səlahiyyəti yoxdur.
Vüqar
Rent a Car-lar vergidən bu yolla YAYINIR
Maşını etibarnamə ilə sürənlərə PİS XƏBƏR: İyunun 16-dan etibarən...
Bakıdan Tbilisiyə gedənlərə şad xəbər - Sabahdan...
ABŞ Ordusu İrana zərbələrin başa çatdığını elan edib
Ən tez dəyər itirən maşın markaları AÇIQLANDI
Türkiyə-İsrail münasibətinin yenidən pisləşməsinin səbəbi nədir? – Politoloq AÇIQLADI
Prezident sənəd imzaladı - Bu şəxslərə ŞAD XƏBƏR
İran-İsrail gərginliyi artır; yanacaq bahalaşa bilər? – Ekspertdən AÇIQLAMA
Sürücülərə vacib xəbər - 16 iyundan etibarən yeni qayda qüvvəyə minir
Velosiped və skuter sürücülərinə xəbərdarlıq edildi: piyadalar üçün təhlükəyə çevrilir
Avtovağzalın “Google Maps”ə inteqrasiyası nəyi dəyişəcək? – EKSPERT










