Kənd və qəsəbə yollarının yenidən qurulması xüsusi əhəmiyyət kəsb edir - FOTO

Gündəm 16 İyul 2016 12:48 Oxunub 1867
Kənd və qəsəbə yollarının yenidən qurulması xüsusi əhəmiyyət kəsb edir - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bunu Saleh Məmmədov “Azəravtoyol” ASC-də 6 ayın hesabat iclasında deyib

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətində 2016-cı ilin 6 ayının yekunlarına və qarşıda duran vəzifələrin icrasına həsr olunan iclas keçirilib. İclas iştirakçıları ilk öncə Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, onun xatirəsini ehtiramla yad ediblər. Daha sonra cəmiyyətin akt zalında keçirilən iclası giriş nitqi ilə “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov açıb. O, cari ilin 6 ayı ərzində ölkə başçısı İlham Əliyev tərəfindən təsdiq olunan “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı” və “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqram”ları çərçivəsində yol infrastrukturun müasirləşdirilməsi, hərtərəfli inkişafı üçün çox böyük işlər görüldüyünü və hazırda da bu işlərin uğurla davam etdirildiyini bildirib. Qeyd olunub ki, ölkə başçısı aparılan işlərə xüsusi əhəmiyyət verərək mütəmadi olaraq həyata keçirilən bu işlərin gedişatı ilə maraqlanır, açılış mərasimlərində şəxsən iştirak edir. Bunun bariz nümunəsi kimi son aylar Prezident İlham Əliyevin iştirakı ilə 10-a yaxın yol infrastrukturuna aid açılış mərasimlərinin keçirilməsini göstərmək olar.

Kənd və qəsəbə yollarının yenidən qurulması da xüsusi əhəmiyyət kəsb edir. Xüsusi olaraq qeyd etmək yerinə düşərdi ki, kəndlərarası və qəsəbələrarası yolların təmiri və bərpası ilə bağlı işlərin yerinə yetirilməsi yol təmiri və tikintisi üzrə ixtisaslaşmış “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə həvalə edilib. Bu isə yol inşaatçılarının üzərinə əlavə məsuliyyət qoyur.

Son 6 ayı ərzində Prezident İlham Əliyev kəndlərarası avtomobil yollarının tikintisi ilə əlaqədar 15 sərəncam imzalayıb. Həmin sərəncamlara əsasən 93 yaşayış məntəqəsinin 300 minə yaxın əhalisinin gediş-gəlişi xeyli rahatlaşacaq. Ümumilikdə isə 82 şəhər v rayon ərazisində 84 kəndlərarası avtomobil yolu layihəsinin tikintisi həyata keçirilməlidir.  

"Azəravtoyol" ASC-nin sədri Saleh Məmmədov: "Tikiləcək  və  yenidən  qurulacaq  kəndlərarası  avtomobil  yolunun  ümumi uzunluğu - 2101,2 km təşkil edir. Bu layihələrin həyata keçirilməsi 1,6 milyon əhalinin yaşadığı 859 yaşayış məntəqəsinı əhatə edəcək, onların rahat avtomobil yollarından istifadə edərək tədarük etdikləri kənd təsərrüfatı məhsullarını və meyvə-tərəvəzi sürətlə, qısa vaxt ərzində xarab olmadan istədikləri ünvanlara çatdırmağa imkan verəcəkdir."

Həmçinin Bakı şəhəri və Bakı ətrafı qəsəbələr üzrə 2016-cı il ərzində 721 min nəfər əhalinin yaşadığı 49 yaşayış məntəqəsini əhatə edən ümumi uzunluğu 167,8 km təşkil edən 18 adda Bakı şəhər və qəsəbələrarası avtomobil yollarının yenidən qurulması və tikintisi nəzərdə tutulub.

İclasda həmçinin bildirilib ki, 2016-ci ilin 6 ayı ərzində respublika ərazisində 230 km uzunluğunda ümumi istifadədə olan yeni avtomobil yolları, prospekt və küçələr yenidən qurulub və təmir olunub.

"Azəravtoyol" ASC-nin sədri Saleh Məmmədov: "4 ədəd yeni avtomobil körpüsü tikilib, 4-ü isə təmir edilib. Bakı şəhərində ümumi uzunluğu 31,9 km, yol örtüyünün sahəsi 331,9 min m2 olan 26 adda prospekt və küçə yenidən qurulub və təmir olunub.

Göstərilən dövr ərzində Bakı şəhərinin 12 inzibati rayonu ərazisində 157,2 min m2- dən artıq sahədə cari təmiri işləri yerinə yetirilib. “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov bildirib ki, yol təsərrüfatı işçilərinin işini həmişə yüksək qiymətləndirən ölkə başçısı ötən illərdə olduğu kimi bu il də 22 Fevral - Avtomobil yolları işçilərinin peşə bayramı günü ilə əlaqədar olaraq bir qrup yol işçisinə əməkdar mühəndis adı verib və tərəqqi medalı ilə təltif edib. Cəmiyyət sədri həmin şəxsləri təbrik edərək medalları onlara təqdim edib.

İclasın sonunda son aylar ərzində ölkə başçısının avtomobil yollarının yenidən qurulması istiqamətində imzaladığı sərəncamlarından irəli gələn məsələlərin həlli üçün yerinə yetirilən işlərə həsr olunmuş sənədli film nümayiş olunub.

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh