Kərim Ramil Usubov və Fikrət Məmmədova şikayət etdi - Mehriban Xanlarovadan

Müğənni Kərim Abasov və əməkdar artist Mehriban Xanlarova arasında yaşayan qalmaqal yeni mərhələyə qədəm qoyub. Aktrisanın "müğənnini həbs etdirəcəyəm" açıqlaması, ifaçını yuxarı dövlət qurumlarına müraciət etməyə vadar edib. Avtosfer.az istipress-ə istinadən xəbər verir ki, Abasov Kərim Daxili İşlər Naziri, general-polkovnik Ramil Usubova və Ədliyyə Naziri Fikrət Məmmədova açıq məktub ünvanlayıb.
Həmin məktubu təqdim edirik:
"Hörmətli Nazirlər, mən azad Azərbaycan Respublikasının azad vətəndaşıyam. Amma bəzi adamların əlindən azad yaşaya bilmirəm. Mənə hədə-qorxu gəlirlər, bezdim... Özümə qəsd dərəcəsinə çatdırıblar məni. Məhkəmənin çıxardığı qərara əsasən Xanlarova Mehriban Aslan qızından sosial şəbəkədə üzr istədim. Lakin o, məni tutdurmaqla hədələyir. Bilmirəm bu insanın arxasında hansı hakim durub ki, hər kəsdən məhkəmə yolu ilə istədiyi pulu alır və istədiyi insanı həbs etdirməklə hədələyir. Mən başa düşmürəm ki, bu qadın aktrisadır yoxsa qanun? Bu insan görün özünə necə arxayındır ki, səbəbi olmadan "səni tutduracağam" deyir. Və məhkəmə qərarı ilə bütün qərarları öz istədiyi kimi çıxartdırır. Mənim Azərbaycan respublikasında bəlli nüfuzum var. Bu insan mənim nüfuzumu yerə vurmaq istəyir. Axı niyə? Kim bu qadına bu ixtiyarı verib? Mən bütün dövlət tədbirlərində fəal iştirak edən sənətçiyəm. Mən indiyə kimi Azərbaycan respublikasında qanun çərçivəsində yaşayan bir vətəndaş olmuşam. Amma bu qadının əlindən yaşaya bilmirəm. Mənə kömək etməyinizi rica edirəm. Mehriban Xanlarovanın etdiyi monarxiyaya son qoymağınızı xahiş edirəm".
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












