Kərimin avtomobilinə hücum olub - 15 illik sərvət oğurlandı

Müğənni Kərim Abasov oğruların hücumuna məruz qalıb. Avtosfer.az istipress-ə istinadən xəbər verir ki, bu haqda sənətçi özü məlumat verib. O, bildirib ki, oğrular avtomobilinin şüşələrini sındırıb və maşında olan hər şeyi aparıblar: "Bu gün mənim üçün bir az bəd xəbərlə açıldı. Maşınımın şüşələrini sındırıb içini yarıblar. Hər şeyi aparıblar. Amma heç olmasa, disklərimi və planşetimi aparmayaydılar. Onların içərisində mahnılarım, bir sözlə, 15 illik əməyim getdi. Onlardan qiymətli mənə heç nə ola bilməzdi. Əslində ağılsızlıq məndədir ki, onları maşında saxlamışam. Həmin oğru kimdirsə, inşallah, axirətdə görüşərik". O, hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etməyəcəyini açıqlayıb: "Polisə şikayət etmək fikrim yoxdur. Bilirəm ki, məni bu dəqiqə "İnstaqram"da izləyir. Get, rahat dolan. Mən səni Allaha həvalə etdim”.
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY












