Kəskin hava şəraiti səbəbindən yolu tam bağlanıb

Gürcüstandan Rusiyaya gedən yeganə avtomobil yolu (Yuxarı Lars) aprelin 9-da saat 22:00-da bütün növ avtomobillər üçün bağlanıb. “Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Gürcüstanın müvafiq dövlət strukturları məlumat yayıb. Məlumatda deyilir ki, hava şəraitinin kəskin dəyişməsi və güclü qar yağması səbəbindən yolda avtomobillərin hərəkəti çətinləşib. Aprelin 9-da saat 18:00-dək yolda minik avtomobillərinin hərəkətinə icazə verilib. Lakin sonradan kəskin hava şəraiti və yolların buz bağlaması səbəbindən bütün növ avtomobillərin hərəkəti dayandırılıb.
Gürcüstan tərəfinin məlumatına görə, hazırda yolda Azərbaycan, Türkiyə, Ermənistan, Rusiya, Ukrayna və digər ölkələrə məxsus yük maşınları, eləcə də minik avtomobilləri dayanıb. Hələlik onların həyatı üçün təhlükə yoxdur.
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY












