Banner

KİV: "Birdəfəlik maskalar təhlükə yaradır"

Gündəm 23 İyul 2020 15:20 Oxunub 790
KİV:  "Birdəfəlik maskalar təhlükə yaradır"
WhatsApp kanalımıza abunə ola bilərsiniz

COVID-19-dan qorunmaq üçün geniş istifadə olunan birdəfəlik maskalar ətraf mühitə təhlükədir. Dünyanın müxtəlif ölkələrində işlənmiş qoruyucu maska, tibbi əlcək və s. tibbi ləvazimatdan ibarət tullantıların artması, o cümlədən bunların dənizlərə atılması get-gedə ciddi ekoloji problemə çevrilir.

Alimlərin rəyinə görə, buna qarşı təcili tədbir görülməsə, ekoloji fəlakətlə üz-üzə qala bilərik. Belə ki, Yaponiya sahillərini zibilləyən birdəfəlik maskalar artıq dənizdən qaldırılan balıqçı torlarından tez-tez çıxmağa başlayıb.

Honkonqda yerləşən “OceansAsia” təşkilatı birdəfəlik maskalardan uzunmüddətli maskalara keçməyi tövsiyə edir:  “Mikroplastikdən ibarət üz maskasının parçalanıb çürüməsi yüzillərlə vaxt aparır. Yeri gəlmişkən, həmin mikroplastik maddəsi insanların qidalandığı dəniz balıqlarında, habelə dəniz duzunda da tez-tez rast gəlinir”. (“Report”)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh