Banner

KİV-də dövlət dili normalarının pozulmasına görə cərimə cəzası qüvvəyə mindi

Gündəm 23 İyun 2020 19:06 Oxunub 1182
KİV-də dövlət dili normalarının pozulmasına görə cərimə cəzası qüvvəyə mindi
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanunu imzalayıb.

İnzibati Xətalar Məcəlləsində aşağıdakı dəyişikliklər ediib:

1. 116.1-ci maddəyə “532,” rəqəmlərindən sonra “533-1,” rəqəmləri əlavə edilsin.

2. Aşağıdakı məzmunda 533-1-ci maddə əlavə edilsin:

“Maddə 533-1. Kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulması

Kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə-

fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir.”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh