Banner

Qəzaya uğrayan təyyarənin sərnişinlərinin adları AÇIQLANDI: Priqojin və Utkin siyahıda - YENİLƏNİB

Gündəm 24 Avqust 2023 00:30 Oxunub 828
Qəzaya uğrayan təyyarənin sərnişinlərinin adları AÇIQLANDI: Priqojin və Utkin siyahıda    - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Rusiya Federal Hava Nəqliyyatı Agentliyi Tver vilayətində qəzaya uğrayan özəl təyyarənin göyərtəsində olan sərnişinlərin və ekipaj üzvlərinin tam siyahısını dərc edib.

Beləliklə, siyahıda “Vaqner” özəl hərbi şirkətin rəhbəri Yevgeni Priqojinin və “Vaqner”in komandiri Yevgeni Utkinin də var.

Sərnişinlər:

Yevgeni Priqojin

Dmitri Utkin

Sergey Propustin

Yevgeni Makaryan

Aleksandr Totmin

Valeri Çkalov

Nikolay Matuseyev

Ekipaj üzvləri:

Komandir Aleksey Levşin

İkinci pilot Rüstəm Kərimov;

Göyərtə nəzarətçisi Kristina Raspopova

Məlumat üçün əlavə edək ki, sərnişinlər arasında olan erməni əsilli Rusiya vətəndaşı Yevgeni Makaryan Ukraynanın hüquq-mühafizə orqanları tərəfindən axtarışda olub.

***

Rusiyanın Tver vilayətində qəzaya uğrayan təyyarənin sərnişinləri arasında “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojin və “Vaqner”in komandiri Dmitri Utkin olub.

Bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.

Məlumata əsasən xilasedicilər 7 nəfərin cəsədini qalıqlar altından çıxarıblar.

Qeyd edək ki, Utkin Yevgeni Priqojinin “sağ əli” olub. O, Rusiya Müdafiə Nazirliyinin silahlarının satışı ilə məşğul olub.

Xatırladaq ki, Y.Priqojinə məxsus olan “Embrair” biznes-jet Moskvanın Şeremetyevo hava limanından Sankt-Peterburq şəhərinə doğru uçurmuş. Təyyarədə üç pilot və yeddi sərnişin olub. Onların hamısı ölüb.

“Vaqner” şirkətinə yaxın olan “Gray Zone” teleqram kanalı bildirib ki, təyyarə hava hücumundan müdafiə sistemi vasitəsi ilə açılan atəşlə vurulub. (report)

***

Yevgeni Priqojin və Dmitri Utkin ölüb. 

Bunu Zaporojye vilayəti administrasiyasının nümayəndəsi Vladimir Roqov deyib.

Qeyd edək ki, Dmitri Utkin "Vaqner"in tanınmış komandirlərindən olub. (lent.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh