Kiberdələduzların yeni fırıldağı: bu keçidlərə daxil olmayın! VİDEO

“Azərpoçt” MMC-nin adından dələduzluq halları davam etməkdədir.
Avtosfer.az xəbər verir ki, kiberdələduzlar vətəndaşlara mesajlar göndərərək paketlərinin anbara gəldiyini və bağlamada ev ünvanın qeyd olunmadığını bildirib, ünvanın yenilənməsi üçün saxta keçidlərə yönləndirirlər.
Qeyd olunan keçidlərdə vətəndaşların bank kartı və digər fərdi məlumatlarını ələ keçirmək üçün bölmələr yaradılıb.
Həmin keçidlərdə vətəndaşların bank kartı və digər fərdi məlumatlarını ələ keçirmək üçün bölmələr yaradılıb.
Belə fırıldaqçılara inanan şəxslər məlumatlarını daxil etdikdə maddi zərərə düşürlər. Belə bir sual yaranır: banklar vətəndaşların şəxsi məlumatlarını yaxşı qorumur, yoxsa kiberdələduzlar bu işi ustalıqla həyata keçirirlər?
İnformasiya texnologiyaları üzrə mütəxəssis Azər Əlili hesab edir ki, kibercinayətkarlığa qarşı banklar hazırlıqlı olsa da, bəzi hallarda vətəndaş ehtiyyatsızlığından belə məqamlar yaşanır.
Buna görə də bank məsuliyyət daşımır. Mütəxəssis onu da bildirdi ki, kiberdələduzlar bunun üçün qurbanı fərd olaraq seçmirlər. Kütləvi olaraq məlumat göndərirlər və inanan şəxslər səhifəyə daxil olaraq şəxsi məlumatlarını əlavə etdikdə pul vəsaitləri ələ keçirilir.
Qeyd edək ki, Elektron Təhlükəsizlik Xidməti də vətəndaşlara naməlum mənbələrdən daxil olan mesajların tərkibindəki keçidlərə daxil olmamağı, bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi tövsiyə edir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Dövlət parklanma yaratmağa borclu deyil - Şəhəri iflic edən nədir? - VİDEO
Azərbaycanın “Aİ-95” markalı benzini idxal və ixrac etdiyi ölkələr – SİYAHI
Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"...
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI










