Kibertəhlükəsizlik sahəsində əməkdaşlıq imkanları müzakirə olunub - FOTOLAR

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində Slovakiya Respublikasının Kritik İnfrastruktur Assosiasiyasının prezidenti Tibor Strakanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Avtosfer.az xəbər verir ki, görüş zamanı nəqliyyat, energetika və rəqəmsal xidmətlər kimi kritik infrastruktur sahələrində kibertəhlükəsizlik üzrə mövcud fəaliyyət istiqamətləri və həyata keçirilən layihələr barədə fikir mübadiləsi aparılıb.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov ölkəmizdə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində görülən işlər barədə məlumat verib. O qeyd edib ki, 2023-cü ildə təsdiq edilmiş “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 – 2027-ci illər üçün Strategiyası” çərçivəsində bir sıra sistemli tədbirlər həyata keçirilib və bu istiqamətdə işlər ardıcıl şəkildə davam etdirilir.
Görüş zamanı kibertəhlükəsizlik sahəsində, xüsusilə nəqliyyat və telekommunikasiya sektorları üzrə əməkdaşlıq imkanları, həmçinin dövlət və özəl sektorlar arasında təcrübə mübadiləsi və birgə layihələrin həyata keçirilməsi perspektivləri müzakirə olunub.
Eyni zamanda ölkələrimiz arasında gələcək əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb.
İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH












