Kibertəhlükəsizlikdə əsas problemlərdən biri köhnə proqram təminatıdır - DİN-in əməkdaşı

Kibertəhlükəsizlikdə əsas problemlərdən biri köhnə proqram təminatıdır. Avtosfer.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin şöbə rəisi Yusif Hüseynov "Kritik İnfrastrukturun Müdafiə Yarışı" (CIDC-2025) tədbiri çərçivəsində təşkil olunmuş konfransda deyib.
Onun sözlərinə görə, kibercinayətlərin üçdə biri IoT cihazlarına (İnternetə qoşulmuş əşyalar) qarşı baş verir:
"2024-cü ilin statistikasına görə, beynəlxalq arenada 600 minə yaxın IoT cihazı hücuma məruz qalıb. Bu da rekord göstəricidir. Bu cihazlar cinayətlərin açılmasında mühüm yer tutur. Yaxşı tərəfi ilə bərabər, təhlükəli tərəfi də var. Ona görə də təhlükəsizlik tədbirləri görülməlidir".
Şöbə rəisi bildirib ki, təhlükəsizlik üçün quraşdırılan cihazlarda seqmentasiya problemi ortaya çıxır:
"Bir cihazın istər evdə və ya korporativ müəssisədə ələ keçirilməsi də böyük problemdir. Bundan əlavə, baş verən hücumların 60 %-i proqram təminatının köhnə olmasından asılı olur. Baş verən hadisələrin 70 %-i ümumi istifadəli şifrələrdən, bilərək və ya bilməyərəkdən səhv proqramlara daxil olmasından asılıdır. Texnika təhlükəli deyil, amma onda necə istifadə etməyimiz bizdən asılıdır".
Oğuzda qaçırılan küçə itlərinin aqibəti bilinmir - VİDEO
Ramazan ayının iyirmi üçüncü gününün duası - İmsak və iftar vaxtı
Prezidentin sosial şəbəkə hesablarında XIII Qlobal Bakı Forumundan paylaşım edildi - VİDEO
Çin şirkətindən yeni kəşf; batareyalar 5 dəqiqəyə 70% dolacaq - RƏSMİ
Azərbaycanda benzin bahalaşacaq? - AÇIQLAMA
Paytaxtda bu yollarında tıxac var - SİYAHI
İranın Hörmüz boğazına nəzarəti dünya iqtisadiyyatını riskə atır? - ARAŞDIRMA
Tərbiyə məqsədilə uşağı döyən valideyn və müəllimlər cərimələnəcək - MƏBLƏĞ BİLİNDİ
ABŞ-İsrail-İran münaqişəsində nüvə silahı istifadə edilsə nə baş verər? - Ekspert AÇIQLADI
Bu ödənişlərə komissiya gəlir - Pulunuz TUTULACAQ - FOTO
Prezidentdən neftin bahalaşması ilə bağlı AÇIQLAMA










