Kiçik tutumlu təyyarə və helikopterlər yığılacaq - Gəncədə

“Gəncədə kiçik tutumlu təyyarələrin və helikopterlərin yığılmasını həyata keçirən yeni müəssisə qurulacaq”. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, bu fikirlər Avstriyanın ölkəmizdəki səfiri Aksel Vexin Gəncəyə səfəri zamanı şəhər icra hakimiyyətində gələcək əməkdaşlığın istiqamətləri ilə bağlı müzakirələrin gedişində səsləndirilib. Avstriya ilə iqtisadiyyatın bir sıra sahələrində əməkdaşlıq etməkdə maraqlı olduqlarını deyən Gəncə Şəhəri İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib ki, aparılan danışıqlardan sonra həmin ölkədən kiçik tutumlu təyyarə və helikopterlərin yığımını həyata keçirən müəssisənin yaradılmasına dair razılıq məktubu alınıb. Razılaşmaya əsasən, müəssisə Avstriya dövlətinin köməyi ilə Gəncə Beynəlxalq Hava Limanının yaxınlığındakı 30 hektar ərazidə qurulacaq. İlkin mərhələdə burada kiçik tutumlu təyyarələr yığılacaq və təmir ediləcək. İkinci mərhələdə isə helikopterlərin yığılmasına başlanılacaq.
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY












