Reklam

Kimlərin bank borcları silinə bilər?

Gündəm 9 Oktyabr 2024 19:48 Oxunub 404
Kimlərin bank borcları silinə bilər?
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Hələ 2019-cu ildə Prezident İlham Əliyev “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalamışdı. Məqsəd də idi ki, vətəndaşların 10 000 dollara qədər kreditlərinə görə hesablanmış bütün faiz borcları silinir. Məlumdur ki, hazırda əhalinin xüsusilə də aztəminatlı ailələrin banklara kifayət qədər kredit borcu var.

Ölkəmizdə dövlət tərəfindən problemli kreditlər məsələsinə yenidən baxılarsa, kimlərin bank borcları silinə bilər?

Avtosfer.az-ın məlumatına görə, məsələ ilə bağlı iqtisadçı ekspert Əyyub Kərimli Referans.az -ın sorğusunu cavablandırarkən bildirib ki, cənab prezidentin məlum fərmanı imzalandığı zaman ölkəmizdə kəskin devalvasiya var idi. Həmin devalvasiyaya görə  bank borclarının silinməsi daha artıq vəsait ödəyənlərə şamil olunmuşdu.  Çünki insanlar manatla aşağı məzənnə ilə kreditlər götürmüşdülər. Bunun ödənişində də ciddi çətinliklər  yaranmışdı. Bu fərman həm bank sektorunun sağlamlaşdırılmasına həm də insanların problemli kreditlərinin həll olunmasına hesablanmışdı.  On min dollara qədər məbləğin silinməsi o dövr üçün çox müsbət qərar idi.

Əyyub Kərimli hesab edir ki, hazırda problemli kreditlərin həlli məsələsində bank-müştəri münasibətləri formalaşmalıdır. Eyni zamanda da bu məsələlər öz  həllini məhkəmələrdə tapır. Əlbəttə ki, bu gün problemli kreditlərin silinməsi ilə bağlı düşünmürəm ki, hansısa bir formada dövlət müdaxiləsi baş versin. Çünki hər kəsin kredit öhdəliyi onun şəxsi yanaşmasıdır. Kredit borclarının silinməsi bank sektoruna da mənfi təsir göstərə bilər.  Problemli kreditlərin həllinə gəlincə isə bu məsələ birbaşa bankların öz ixtiyarındadır.  İqtisadiyyatda və mühasibatlıqda "ümidsiz borclar"adlı bir məhfum var.

Həmin borclar alınmadığı halda banklar mümkün vasitələrlə o borcların ödənilməsi istiqamətində fəaliyyətlərini aparırlar. Bir iqtisadçı kimi hesab edirəm ki, dövlət tərəfindən bank borclarının silinməsi doğru sayılmaz. Bu kimi hallar bankların gəlirlərinin azalmasına səbəb olur. Bu baxımdan da bu məsələlər bank və müştəri arasında öz həllini birmənalı şəkildə tapmalıdır.

İqtisadi və bank məsələləri üzrə ekspert Əkrəm Həsənov açıqlamasında deyib ki, bank borclarının silinməsi ilə bağlı anaolji halın baş verəcəyi ehtimalı azdır.  Əkrəm Həsənov da vurğulayıb ki, ölkə başçısının məlum fərmanı 2015- cildə ölkədəki devalvasiya ilə əlaqədar idi. Bu devalvasiya zamanı bir çox insan xeyli maddi ziyana düşmüşdü. Bu addım da dövlət tərəfindən buna görə atılmışdı. Şühbəsiz ki, indi də insanların bank borcları yenə var. Bu hər zaman olub və olacaq da.

Mütəxəssis eyni zamanda qeyd  edib ki, bu addımın atılması üçün hazırda o dövrdəki kimi ciddi problem yoxdur. Bundan başqa bu borc məsələsində dövlətin təqsiri yoxdur.  Lakin o dövrdə dövlətin səhvləri var idi. Çünki dövlət əhaliyə bildirmişdi ki, milli valyuta sabitdir. İnsanlar da xarici valyuta ilə kifayət qədər borc götürmüşdülər. Nəticədə də elə bir vəziyyət yaranmışdı.  Hazırda Azərbaycan vətəndaşları xarici valyuta ilə kredit ala bilmir.  Digər tərəfdən də hesab edirəm ki, dövlətimizin o borcları silmək üçün yetərincə imkanları yoxdur. Gah nefin qiyməti düşür gah  infrastruktur layihələri ilə bağlı xərclər çoxalır. Həmçinin işğaldan azad olunmuş ərazilərdə dövlət böyük maddi xərclər çəkir.

Əkrəm Həsənov vurğulayıb ki, əhalinin bank borclarının dövlət tərəfindən silinməsi çox  yaxşı olardı. Bunun baş verməsini əlbəttə ki, çox istərdim. Sadəcə indiki halda bu prosesin real olacağını düşünmürəm.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh