“Kinder-sürpriz”in ixtiraçısı vəfat etdi - FOTO

Uşaqların sevimli şirniyyatı sayılan “Kinder-sürpriz” yumurta şokoladın ixtiraçısı vəfat edib. Avtosfer.az publika.az-a istinadən xəbər verir ki, Uilyam Saliçe 83 yaşında İtaliyada gözlərini əbədi olaraq yumub.
Yerli mətbuatın bildirdiyinə görə, Saliçe dünən axşam Paviya şəhərindəki xəstəxanalardan birində vəfat edib.
Saliçe 1960-2007-ci illərdə “Ferrero” şirkətində işləyib və sahiblərindən biri olub. Təqaüdə çıxdıqdan sonra “Color Your Life” fonduyla əməkdaşlıq edib və özünü gənclərin və istedadların inkişafına həsr edib.
“Ferrero” şirkəti 1974-cü ildən “Kinder-sürpriz” istehsalına başlayıb. Bu şokoladlar təkcə uşaqlar yox, böyüklər arasında da böyük populyarlıq qazanıb. “Yumurta”nın içərisindən çıxan oyuncaqları uşaqların ən sevimli əyləncəsi hesab etmək olar.

Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












