Kiprə oxumağa getdilər, Azərbaycana meyitləri qayıdır

Şimali Kipr Türk respublikasında dünən axşam saatlarında baş verən avtomobil qəzası nəticəsində iki azərbaycanlı tələbə vəfat edib. Avtosfer.az bildirir ki, bu barədə Trend Kibrispostasi qəzetinə istinadən məlumat verir. Məlumata əsasən, qəza nəticəsində Nicat Hacızadə və Yunus Ərəbov xəstəxanada aldıqları xəsarətlər nəticəsində keçiniblər. Qəza nəticəsində digər azərbaycanlı tələbə - Anar Süleymanlı xəsarət alıb. A.Süleymanlının vəziyyətinin normal olduğu bildirilib.
***
Anspress-in məlumatına görə, gənclərin ölümünə səbəb yol qəzası olub. Qəza paytaxt Lefkoşada qeydə alınıb. Dr. Fazıl Küçük Bulvarı yolunda baş verən qəza nəticəsində 23 yaşlı Nicat Hacızadənin idarə etdiyi ZLP 335 nömrə nişanlı maşın yoldan çıxıb. Qəzaya səbəb isə onun sürətli və diqqətsiz olması olub. Nəticədə sürücü idarəetməni itirib və yoldan çıxan maşın yolun sol tərəfindəki səkilərə çırpılıb. Maşındakı 4 nəfərdən hamısı tələbələr olub. Maşının yoldan çıxması nəticəsində sürücü N.Hacızadə və Yunis Ərəbov aparıldıqları xəstəxanada dünyalarını dəyişiblər. Mehdi Laamyem adlı tələbənin vəziyyəti ağırdır, digər azərbaycanlı tələbə Anar Süleymanlının isə həyati təhlükəsi yoxdur.
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF













