Kirayə ev fırıldaqçıları “iş başında” – Beh adıyla pul alıb yoxa çıxdılar - FOTO

Havaların isinməsi ilə turizm mövsümü daha da aktivləşib. Kimisi xarici ölkələrə, kimisi isə Azərbaycanın səfalı bölgələrinə üz tutur. Rayona üz tutanlar isə əsasən otel və ya kirayə evlərə üstünlük verirlər. Təəssüf ki, bu zaman bəzi vətəndaşlar fırıldaqçıların qurbanına çevrilirlər.
Belə bir şikayət Avtosfer.az-ın “WhatsApp” xəttinə daxil olub. Bildirilib ki, tətil üçün rayona getmək istəyən şəxs internetdə rast gəldiyi elanda qeyd olunan mobil nömrə ilə əlaqə saxlayaraq kirayə ev barədə razılığa gəlib və ilkin olaraq 50 manat beh göndərib. Lakin daha sonra fırıldaqçı ona əlavə 100 manat da beh göndərməsini tələb edib. Səbəb kimi isə evin “əsas sahibi” ilə behin azlığına görə mübahisə yaşandığını deyib və başqa ev təklif edib.
Zərərçəkən isə yalnız həmin evi istədiyini və əgər mövcud deyilsə, pulunun geri qaytarılmasını tələb edib. Bundan sonra fırıldaqçı onun zənglərinə cavab verməyib və zərərçəkəni bloklayıb.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi dəfələrlə bu kimi hallara qarşı vətəndaşları diqqətli olmağa çağırıb. Turizm mövsümündə belə fırıldaq hadisələrinin artma ehtimalı yüksək olduğundan, vətəndaşlara yalnız etibarlı və rəsmi mənbələr vasitəsilə ev və ya otel sifarişi vermələri tövsiyə olunur.
Eltac Zülfüqaroğlu
Deputatın oğlunun da həbs edildiyi qanlı cinayətdə öldürülən Ceyhunun FOTOLARI - VİDEO
Azərbaycanda bu şəxslərə benzin və dizel pulsuzdur
Xətaidə cinayətkar qrupun 11 üzvü HƏBS EDİLDİ - VİDEO
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
Ceyhunu öldürən şəxslər məhkəməyə BELƏ GƏTİRİLDİ - VİDEO
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ





















