Kiş çayı üzərindəki körpünün bərpası başa çatdı

Şəki rayonu Kiş çayı üzərində körpünün bərpası ilə bağlı “Azəravtoyol” ASC tərəfindən aparılan tikinti işləri yekunlaşdıb. "Azəravtoyol" ASC-dən Avtosfer.az-a verilən məlumata görə, yeni inşa edilən körpünün uzunluğu 88.2 m, hərəkət hissəsi 7 m və hər bir tərəfdə vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqəsədi ilə 1 m enində piyada səkiləri də daxil olmaqla ümumi eni 9 metrdir.
Körpü orta dayaqsız bir aşırımlı ( 81 m. ) inşa olunub. Çay yatağından hündürlüyü 7 m-dir. Bu isə öz növbəsində gələcəkdə sel sularının körpüyə zərər vurmasının qarşısını almış olacaq.
Çayda sel suları nəzərə alınaraq körpünün təhlükəsizliyini təmin etmək üçün qabaqlayıcı və profilaktiki tədbirlər həyata keçirilib.
Layihə çərçivəsində çayda su axının təmizlənməsi və yaşayış məntəqəsini sel sularından qorumaq üçün sağ sahildə mövcud qazma-doldurma svay əsaslı monolit beton istinad divarlarının 32 m hissəsinin hündürlüyü artırılıb, sol sahildə isə 45 m uzunluğunda yeni su tənzimləyici qurğu inşa olunub.
Xatırladaq ki, 2016-cı ilin iyul ayında yağan leysan nəticəsində sel suları sözügedən körpünü uçurmuş, Kiş kəndinin rayon mərkəzi ilə avtonəqliyyat əlaqəsi kəsilmişdi. “Azəravtoyol” ASC tərəfindən əraziyə cəlb edilmiş ağır texnika və canlı qüvvə hesabına qısa müddət ərzində Kiş çayı üzərində müvəqqəti yol salınaraq gediş-gəliş bərpa olunmuşdu.
Təbii fəlakətin yol infrastrukturuna vurduğu ciddi ziyanın aradan qaldırılması və 7 min nəfər əhalinin yaşadığı Kiş kəndini ətraf yaşayış məntəqələri ilə birləşdirən yeganə körpünün bərpası üçün Prezident İlham Əliyev tərəfindən 16 avqust 2016-cı il tarixində müvafiq sərəncam imzalanıb.
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA










